➦ İZONİAZİD
İzoniazid 1912-ci ildə Praqada sintez edilmiş, ancaq 1952-ci ildən vərəmin müalicəsində istifadə olunur. 0,1 -0,2 -0,3q tablet, 10% ~5ml (2ml) ampulalarda buraxılır. İzoniazid hüceyrədaxili və hüceyrəxarici yerləşən vərəm çöplərinə bakterisid təsir göstərir.
İzoniazid mədə-bağırsaqdan yaxşı sorulur, bədəndə olan mayelərə keçir. 24 saat orqanizmə təsir göstərir. İzoniazid hər kiloqram çəkiyə 5-10 mq təyin olunur, mərkəzi və periferik sinir sisteminə təsir etdiyi üçün B qrup vitaminlərdən istifadə olunur. Əks göstərişi: Epilepsiya, polinevritlər, görmə sinirinin zədələnməsi, qıcolma, hamiləliyin birinci üç ayı və s.
➦ RİFAMPİSİN
1957-ci ildə şüalı göbələklərdən alınmışdır. 0,15 və 0,30q kapsul, ampuia şəklində buraxılır. Xəstələr 6-9 ay ərzində qəbul edə bilər.
Hüceyrə daxilində və xaricində olan vərəm çöplərinə bakterisid təsir göstərir. Hər kiloqram çəkiyə 1 Qırıq təyin olunur. Qaraciyərin kəskin xəstəliklərində, preparata qarşı allergik reaksiya olduqda istifadə edilmir. Hamiləliyin ilk üç ayı və sonuncu ayında istifadə etmək məsləhət görülmür.
Siprofloksasinlə yaxşı kombinasiya olunur, ofloksasin, levof- loksasinlə kombinasiyası məsləhət deyil.
Aminoqlikozidlərdən streptomitsin, kanamitsin, amikasindən istifadə olunur. Bu dərmanlar ototoksik, nefrotoksik xüsusiyyətə malikdir. Müalicənin əvvəlində bir neçə ay streptomitsin istifadə etməmiş birbaşa kanamitsin və amikasinə keçmək düzgün deyildir. Bunların istifadəsi zamanı xəstənin eşitmə orqanında patalogiya olsa, otolarin- qoloqla böyrəklərində narahatçılıq olarsa, nefroloqla məsləhətləşmək lazımdır.
➦ ETAMBUTOL
200, 400, 600, 800mq tabletlərdə, 500mq~3ml ampulalarda buraxılır. 1952-ci ildən istifadə olunur. Hüceyrədaxili və hüceyrəxarici vərəm çöplərinə bakteriyastatik təsir göstərir, Mədə-bağırsaqdan yaxşı sorulur, eritrositlərdə depolaşır və dövr edir. Əks göstərişi: Görmə sinirinin nevriti, katarakta, diabetik retiııopatiya, göz xəstəlikləri hamiləlik, iki yaşa qədər uşaqlara və s.
Turş mühitdə ən yaxşı hüceyrədaxili və xarici bakteriostatik təsir göstərən preparatdır. 1952-ci ildən istifadə olunur. 400, 500, ‘750mq dozalarda buraxılır. Hər kiloqram çəkiyə 25-30 mq təyin olunur. 6 aydan çox istifadə oluna bilər. Əks gösərişi: Qaraciyərin ağır xəstəlikləri və podaqradır.
➦ ETİONAMİD VƏ PROTİONAMİ
Etionamid və Protionami obliqat bakteriostatik preparatdır. 1962-ci ildən istifadə olunur. 10-20mq/kq təyin olunur. Əks göstərişi: Hamiləlik, kəskin qastrit, mədə və onikibarmaq bağırsaq xorası, xorah kolit, qaraciyər sirrozu və onun ağır xəstəlikləri, 14 yaşa qədər uşaqlar və s.
➦ NATRİİ PARAAMİNOSALİSİL TURŞUSU. (PAST)
PAST 1946-cı ildən istifadə olunur. Obliqat tuberkulostatikdir. PAST 0,5q paraşok, qranula, tablet halında, 3%-li venadaxili məhlul halında buraxılır. 2q hər 10 kq çəkiyə təyin edilir. Əks göstərişi: Böyrək və qaraciyərin ağır xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xorası, miksedema, ürək çatışmamazlığınuı dekompensasiyasında və s.
➦ SİPROFLOKSASİN VƏ OFLOKSASİN LOMEFLOKSASİN
Siprofloksasin və ofloksasin 1982-ci ildən istifadə olunur. Vərəmin müalicəsində köməkçi dərman kimi istifadə olunur.
Tablet və məhlul halında buraxılır. Vərəmin müalicəsində 4-5-ci preparat kimi istifadə olunur. 12 yaşa qədər uşaqlara təyini məsləhət görülmür.
Vərəm xəstələrinin qidalanması yaxşı olmalıdır ki, orqanizmin zəifləmiş funksiyası bərpa olsun. Xəstənin hər kiloqram çəkisinə 2q zülal, 1,5q yağ, 7q karbohidrat, mineral duzlar, müxtəlif vitaminlər lazımdır. Xəstənin başqa xəstəliyi yoxdursa, xüsusi dieta gözləmək lazım deyil.
Tez-tez verilən suallar